“Hizbullah”ın fəallığı Azərbaycanda artıb - Dövlət Departamenti

  • By admin
  • 23 Aprel 2019 12:30

Livanın hərbi birləşməsi və siyasi partiyası “Hizbullah”ın təsir dairəsi Yaxın Şərqlə məhdudlaşmır, onların nümayəndələri bir sıra dövlətlərdə fəallıq göstərirlər. Məsələn, şəbəkənin nümayəndələri Azərbaycanda aşkar ediliblər.

Gununsesi.org RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə brifinq zamanı Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin koordinatoru Nathan Sayles deyib.

“Hizbullah” şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır … “Hizbullah”ın keçmiş illərdəki fəallığı Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Panama, Peru və Tailand kimi ölkələrdə ortaya çıxıb”,-deyə koordinator vurğulayıb.