Hökumət bu şirkətin 2 milyona yaxın borcunu ödədi

  • By admin
  • 22 May 2019 11:29

1 saylı Bakı İnzibati və İqtisadi Məhkəməsi mayın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin “Azəristiliktəchizat” ASC-yə qarşı qazanxanalarda təbii qazdan istifadə borcuna dair iddia ərizəsini nəzərdən keçirib.

Gununsesi.org xəbər verir ki, iddiada tələb olunan borcun həcmi 1.646.359 manatdır. İddia 2018-ci ilin avqust ayında verilib.

Həmin vaxt məhkəmə ekspertizası təyin edilib. Lakin Məhkəmə Ekspertizası Mərkəzi bu ekspertizanı aparmaqdan imtina edib. Nəhayət, iş bu il mayın 15-də iş bərpa olunub.İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Nazirlər Kabinetinin 27 dekabr 2018-ci il tarixli sərəncamına əsasən debitor borcu ödənildiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş edib.

Bu sənədə əsasən, 2018-ci il noyabr ayının 1-də dövlət istilik şirkətinin təbii qaz tədarükçüsünə borcları dövlət büdcəsi hesabına ödənilib.

Gununsesi.org