Hökumət deputatları eşitdimi? - GƏLƏN İLİN BÜDCƏ ZƏRFİ ÇIXIŞLAR OLMADAN SƏSVERMƏYƏ ÇIXARILDI

  • By admin
  • 30 Noyabr 2018 13:10

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Gununsesi.org xəbər verir ki, iclasın gündəliyinə 2019-cu il dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi salındığı üçün Baş nazir Novruz Məmmədov və hökumət üzvləri iştirak edir.

Spiker Oqtay Əsədov Baş naziri və digər iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış etdi. Bildirdi ki, ki, büdcə zərfi Milli Məclisin komitə və plenar iclaslarında geniş müzakirə olunub. “Büdcə haqqında qanun layihəsi ilk dəfə olaraq üç oxunuşdan keçdi”-deyən spiker bildrdi ki, bu da geniş müzakirələrə imkan verib. “İlk oxunuşdan sonra hökumət deputatların təkliflərinə baxıb və 410 milyon manatdan yuxarı xərclər smetasına əlavələr edilib. Gələn büdcə müzakirələrində yəqin ki, təkliflər nəzər alınacaq”-O.Əsədov bildirdi .

Komitə sədri Ziyad Səmədzadə qısa nitq söylədikdən sonra büdcə zərfinin qəbul olunmasını təklif etdi.

Bundan sonra spiker dedi ki, kifayət qədər müzakirələr aparıldığı üçün əlavə çıxışlara ehtiyac yoxdur. Bunun ardınca büdcə zərfi səsverməyə çıxarıldı və qəbul edildi.