Hökumət müxalifətin üç tələbindən birini qəbul etdi

  • By admin
  • 24 İyun 2019 13:16

2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Gununsesi.org-un “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.

“Gürcü arzusu – demokratik Gürcüstan” geniş miqyaslı siyasi islahatlara başlayır. 2020-ci il parlament seçkiləri proporsional sistemdə keçirilməlidir”, – deyə siyasətçi bildirib.

Bununla da, hökumət iyunun 20-dən ölkədə etiraz aksiyaları keçirən müxalifətin üç tələbindən birini qəbul edib.

Qeyd edək ki, digər tələblər bunlar idi: Daxili İşlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də aksiyada saxlanılmış 305 nəfərin azadlığa buraxılması.

Gununsesi.org