Humanitar yardım paylanarkən izdiham yaşanıb - 15 ÖLÜ, 40 YARALI

  • By admin
  • 19 Noyabr 2017 20:40

Mərakeşin Es-Suveyra şəhərinin yaxınlığında humanitar yardım paylanan yerdə basabas baş verib.

Gununsesi.info xəbər verir ki, basabas nəticəsində azı 15 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Məlumata əsasən, həlak olanların və yaralananların əksəriyyəti qadın olub.

Gununsesi.info