Hüququn üstünlüyü cəngəllik qanunları ilə əvəzlənir - FEDERİKA MOGERİNİ RUSİYA TƏHLÜKƏSİNƏ QARŞI ABŞ VƏ AVROPANIN BİRGƏ HƏRƏKƏTİNİ İSTƏYİR

  • By admin
  • 04 Dekabr 2018 19:26

Avropa Birliyi diplomatiyasının rəhbəri Federika Mogerini dünyanın təhlükəsizliyi üçün vacib sayılan beynəlxalq sazişlərin mübahisələndirilməsi sayəsində hüququn aliliyinin yerini cəngəllik qanunlarına buraxacağını söyləyib.

Gununsesi.org  xarici mətbuata istinadən xəbər verir ki, Federika Mogerini bununla bağlı narahatlığını Harvard universitetinin Kennedi adına Beynəlxalq münasibətlər məktəbində çıxş edərkən dilə gətirib.

“Hazırkı dövrdə qorxuram ki, yeni dünya düzəni nəinki formlaşmayıb, hətta hüququn üstünlüyü cəngəllik qanunları ilə əvəzlənir. Bu gün soyuq müharibəni bitirən beynəlxalq müqavilələr şübhə altına alınır”,-deyə Federika Mogerini dnaışıb

Onun sözlərinə görə, yeni düzən qurmaq yerinə bütün enerji indiki qaydaların “demontajının” qarşısının alınmasına yönəldilməlidir: “Əgər biz çoxtərəfli sistemi qorumaq istəyiriksə, o zaman onu yenidən islah etmək üçün sərmayə qoymalıyıq”.

Mogerini sözlərinə görə, Avropa və Amerikanın (ABŞ) əl-ələ tutub birgə hərəkət etməsi halında hansısa dəyişikliklərdən danışmaq olar. “Əgər biz dünyada nəsə yeni qayda gətirmək istəyiriksə, irəliyə getmək üçün başqa yol yoxdur”,- deyə avropalı diplomat söyləyib.

Mogerini Avropa və ABŞ-ın yalnız birlikdə Rusiyanın həm Avropada, həm də dünyanın başqa yerlərində törətdiyi təhlükələrə qarşı dirənə biləcəyini ifadə edib.