Hüseyn Abdullayev: “Bu məsələyə görə ölkəmdən didərgin düşdüm” - SABİQ DEPUTAT MƏHKƏMƏSİNDƏ KÖVRƏLDİ

  • By admin
  • 26 Aprel 2019 10:42

 

Gununsesi.org sabiq deputat Hüseyn Abdullayevin qapalı keçirilən məhkəmə prosesində daha bir çıxışını əldə edib. 

Vaxtilə Azərbaycanın ən varlı adamlarından, həmçinin, hakimiyyətin yaxın silahdaşlarından biri olan Hüseyn Abdullayev məhkəmə çıxışında haqsızlıqla üzləşdiyini deyib:

H.Abdullayev Bakıda Nəriman Nərimanovun heykəlinin yanındakı binaya görə haqqında başlanan cinayət işindən də danışıb:

«Mənə ilk ittiham o başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi ata-anamın adına keçirdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina tikdilər. O binanın da bütün ödənişləri edilib, vergilər ödənilib. Anam o binaya görə 1.8 milyon manat vergi ödəyib. Amma 2013-cü ildə mənə buna görə cinayət işi başlandı, o verginin ödənilmədiyi deyildi. Ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədilər. Bütün bunlardan sonra mən məcbur qalıb canım qədər sevdiyim Azərbaycanımdan didərgin düşdüm».

İfadəsinin bu yerində H.Abdullayev ağlayıb. Bir qədər sonra çıxışını davam etdirən sabiq deputat deyib ki, 2013-cü ildə təzyiqlərdən sonra Almaniyadan siyasi sığınacaq istəyib: «Almaniya hökuməti də sağ olsun ki, ədalətli araşdırma aparıb razılıq verdi».

Gununsesi.org