Hüseyn Bağırov jurnalistləri təbrik etdi

  • By admin
  • 22 İyul 2016 12:12

metbuat_gunu

 

Hörmətli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri!

141 il əvvəl, 22 iyulda Azərbaycanda dövri mətbuatın əsasını qoymuş “Əkinçi”qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

İnanırıq ki, bütün media nümayəndələri dövri mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq, müstəqil Azərbaycanın çiçəklənməsi naminə Zərdabi yolunu ləyaqətlə davam etdirəcəklər.

22 iyul Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrini təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işlərində yeni-yeni uğurlar arzulayırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, ölkə başçısı cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsində, gördüyümüz işlərin nəticələrinin işıqlandırılmasında bizə göstərdiyiniz diqqəti, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi sahəsindəki xidmətlərinizi daim yüksək qiymətləndirir və təqdir edir.

Sizi bir daha təbrik edir və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayırıq.

 

Gununsesi.info