Hüseyn Dəryanın qəbri açılacaq - VİDEO

  • By admin
  • 14 Mart 2019 17:00

Hüseyn Dəryanın qəbri açılacaq. 

Gununsesi.org xəbər verir ki, bu tələblə mərhum reperin qızı Ayşə “Bizimləsən” verilişində çıxış edib.

O, atasının digər evliliyindən dünyaya gələn Cahangirlə bacı-qardaş olmasını təsdiqləmək üçün qarşı tərəfin DNT analizi vermələrini istəyir.

Ayşə Cahangirin anasına müraciət edərək belə deyib: “Sona xanım, atamın ruhuna hörmətsizlik etməyin. Gəlin, hər şeyi açıqlayın. Mən və bibilərim Qəbrin açılmasına qədər gedib çıxacağıq. İndi Türkiyəyə gedirəm, qayıtdıqdan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik”.

Qeyd edək ki, Cahangirin anası Sona xanım bu tələbi özünə qarşı təhqir hesab edir və DNT analizi verməkdən imtina edir.