İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü

  • By admin
  • 17 Yanvar 2020 20:44

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.

Gununsesi.org xəbər verir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, 24 ailə ilə görüşən icra başçısı onların problemlərini dinləyib və sakinlərin problemlərinin həlli ilə bağlı tapşırılqar verib.

Ərazinin işıq və su xətlərində qəzalar olduğuna görə yaranan müəyyən fasilələr müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Sakinlər daimi işıq və su ilə təmin ediliblər.

 

 

Gununsesi.org