İcra məmurundan Zakir Qaralova şikayət

  • By admin
  • 13 İyun 2016 10:32

icramem

Məhkəmə qərarının icrası üçün vətəndaşın döymədiyi qapı qalmayıb

 

Bakı şəhər Binəqədi rayon 7-mkr,3223 kvartal, Slavyan Unverstetinin 4 saylı yataqxanası (Cəbrayıl rayonun-      dan məcburi köçşkün) Aslanova Səfurə Yusif qızı Baş Prokuror Zakir Qaralova müraciət edib. Müraciətinin bir nüsxəsini də Gununsesi.info-ya yollayan vətəndaş üzləşdiyi haqsızlıqdan narazılığını ifadə edir. Səfurə Aslanovanın Baş müraciətini təqdim edirik.

Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(001) 6418/2013  saylı icra sənədinə əsasən 19 avqust 2013-cü il tarixdən, 13 sentyabr 2006-cı il tarixdə ana- dan olmuş, əkiz Aslanov Hüseyn Loğman oğlu və Aslanova Zeynəb Loğman qızına hər birinin 18 yaşa çatanadək saxlanması üçün Aslanov Loğman Fərəc oğlundan hər ayda 103(bir yüz   üç) manat,cəmi iki uşağa 206 (iki yüz altı) manat(hal-hazırda Binəqədi məhkəməsi aliment 234 manat olmaqla , dəbbə və faiz pulu hesablanmışdır) sabit pul məbləğində aliment tutularaq tələbkar Aslanova Səfurə Yusif qızına ödənilməsi barədə məhkəmə qərar qəbul etmişdir. Məhkəmə qərarı icra edilməsi üçün Binəqədi İcra Şöbəsinə göndərilmiş və icra edilməsi icra məmuru Süleymanov Turala həvalə edilmişdir.  İcra məmuru T.Süleymanov   icra haqqında qanunun tələblərinə əməl etmədiyindən hal-hazıra kimi aliment pulu ödənilməmişdir.T.Süleymanovun hərəkətsiz-   liyi, alimentin ödətdirilməsində bürokratik əngəllikiər yaratmaqla iki uşağın maddi cəhətdən talehini pis vəziyyətdə qoyur.

16 noyabr 2015-ci il tarixdə  Hörmətli Prezident, Cənab İ. Əliyevə müraciət  edil-dikdən sonra Binəqədi rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Binəqədi rayon məhkəməsinin  04 dekabr 2015-ci il tarixdə 2(001)6418/2013 qətnaməsi ilə Aslanov Loğman Fərəc oğlu 7(yeddi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Evə köçürülməyimə   dair məhkəmə qərarı olmasına baxmayaraq Aslanov Loğman kilidi dəyişdirib məni və uşaq-larımı evə buraxmırdı. Binəqədi Polis Şöbəsinin köməkliyi ilə açarın alınıb verilməsini  bil-dirmək üçün  icra şöbəsində olmuşam. Aslanov Loğman həbsdə olduğu halda qanunu   bilmədiyim üçün, qadın olmağımı, az yaşlı iki uşağın maddi vəziyyətini, 3 il ərzində aliment pulunu ödətdirmədiyini nəzərə almayan icra məmuru T.Süleymanov öz diktəsi ilə ərizə yaz-dırmışdır. Ərizədə aliment haqqında  yazılmadığı üçün başa düşməmişəm. Həmin gün iş vaxtının qurtarmasına baxmayaraq telefonla atam T.Süleymanova və məsləhətçı N.Cavadova heç bir barışığın olmadığını bildirmiş və 15.12.2015-ci il tarixdə  T.Süleymanovun bu hərəkətlərindən Binəqədi İcra Şöbəsinə yazılı məlumat verilmiş və  16.12.2015-ci ildə Ədliyyə Nazirliyinə və Binəqədi Rayon Məhkəməsinə T.Süleymanovun  hərəkətləri barədə şikayət məktubu yazılmışdır. İcra sənədi 04.03.2016-cı ildə icra olunması üçün yenidən icrayyə qaytarılmışdır.

Dəfələrlə alimentin ödətdirilməməsi və T.Süleymanovun hərəkətsizliyindən      Ailə,Qadın və Uşaq Problemləri Komitəsinə, Baş İcra Məmuruna, Ədliyyə Nazirliyinə,  Ombustman aparatına və iki dəfə Prezident Adminstrasiyasına məktubla müraciət  edilmişdir. Göndərilən məktublar yekunda tədbir görülməsi üçün  T.Süleymanovun  ünvanına göndərilmiş və nəticəsi də olmamışdır. Ümumiyyətlə məktubların heç birinə cavab verilməmişdir.

Məmur özbaşınalığının, cəzasızlığın, özünə güvənməyin nəticəsidir ki, qanun   keşiyində duran adları göstərilən məmurlar vətəndaşları aldatmaqla ,süründürməçiliklə, bürokratik əngəllər yaratmaqla öz istəklərinə, çirkin əməllərinə nail olurlar.

16.05.2016-cı il tarixdə atam Baş İcra Məmuru N.Mustafayevin qəbulunda olub  və mənim ərizəmi Baş Məmura təqdim edib.Hal-hazıra kimi heç bir addım atılmamışdır. Dəfələrlə yazılı və şifahi L.Aslanovun  iş yeri haqqında T.Süleymanova şəxsən məlumat verilmişdir, lakin heç bir nəticəsi olmamışdır.

Hal-hazırda uşaqların 10 yaşı var.  Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı,həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. İşləmirəm, qaçqınlara verilən çörək pulu və atamın cüzi köməyi ilə indiyə kimi çox çətinliklə uşaqları böyütmüşəm.İndiki çətin vəziyyət  və atamın ixtisarla əlaqədar işləməməsi çətin olan vəziy- yətimizi daha da çətinləşdirdiyi üçün  və bəzi məmurların hərəkətsizliyindən Sizə müraciət etməyə məcbur oldum.Azərbaycan Respublikası adından verilmiş Məhkəmə qərarına bu   cür münasıbət, aliment borcunun 7000(yeddi min)manata qədər ödətdirilməməsi, dövlət məmurunun vətəndaşlarla yarıtmaz münasibətlərinə və gələcək kapitalımız olan uşaqlara qarşı ögey münüsibəti nəzərə alacağınıza əminəm.

Odur ki, ödətdirilməmış 7000 (yeddi min) manata qədər aliment borcunun  və  təqsirkar şəxslər barədə tədbir görməyinizi xahiş edirəm.