İdarə müdiri yol qəzasında həlak oldu

İdarə müdiri yol qəzasında həlak oldu

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

Report-un məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.

“Mersedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan VAZ-21015 markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə VAZ-ın sürücüsü – Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

COMMENTS