İflic məhkum ölüm ayağında- NARDARAN MƏHBUSUNDAN PİS XƏBƏR

İflic məhkum ölüm ayağında

Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun səhhətinin kəskin pisləşdiyi bildirilir.

ƏbülfəzBünyadovun ailəsindən Gununsesi.org-a verilən məlumata görə, yataq şəraitində cəza çəkən məhkum ölüm ayağındadır: ““Əbülfəz yatağa məhkum olunub, sərbəst hərəkət edə bilmir. O, müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar baxır. Əvvəlki xəstəlikləri- onurğa zədəsi, hepatit C ilə yanaşı, son vaxtlar bağırsaq infeksiyasından əziyyət çəkir və yemək yeyə bilmir. Biz başqa yerdə də analiz nümunələrini yoxlatdıq. Həkimlər bağırsaqda güclü infeksiya və göbələk aşkar etdilər, bağırsaq funksiyasını itirib. O, çox ağır vəziyyətdədir”.

Gununsesi.org xəbər verir ki, 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Əbülfəz Bünyadov güllə yarası alıb və güllə onun onurğasını zədələyib.

Yataq xəstəsi olmasına baxmayaraq, bir neçə ay həbsdə saxlanılıb. Sonradan məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

Lakin məhkəmə istintaqının yekunlarına əsasən o, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd, terrorizm və başqa ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı, rəsmi qurumlar Əbülfəz Bünyadovun səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib.

Gununsesi.org 

COMMENTS