İki azərbaycanlı “donuz qripi”nə yoluxdu

  • By admin
  • 17 Yanvar 2019 16:12

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “donuz qripi”nə 4 yoluxma halı qeydə alınıb.

Gununsesi.org Report-a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.

Xatırladaq ki, Gürcüstanda bu günə qədər “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.