İki Fransa helikopteri havada toqquşdu: 13 əsgər öldü

  • By admin
  • 26 Noyabr 2019 15:28

Fransa ordusuna məxsus iki helikopter Mali səmasında toqquşub.

Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə AFP məlumat verib.

Helikopterlərin toqquşması zamanı 13 hərbçi həlak olub.

Fransa prezidenti Emmanuel Makron qəzadan dərin kədərləndiyini açıqlayıb.

Qeyd edək ki, Fransa 2014-cü ildə başlatdığı “Barkhane” əməliyyatı çərçivəsində Mavritaniya, Mali, Burkina Faso, Niger və Çad ölkələrinə 4 min əsgər yerləşdirib.

Gununsesi.org