İki oğlunun anasının həyatından kitab yazır

  • By admin
  • 05 Fevral 2020 14:03

Müğənni Roza Zərgərli ikinci kitabını təqdim etməyə hazırlaşır.  Gununsesi.org xəbər verir ki, sənətçi kitabın hazırlıq işlərinin bitmək üzrə olduğunu bildirib. 

İfaçı  deyib ki, ikinci nəşr övladlığa götürdüyü Corc və Jerarın doğma anasına həsr edilib:  “Oğullarımla bağlı illərdir mənə ünvanlanan bütün suallara bu kitabda cavab tapacaqsınız. Corc və Jerarın (övladlıq) anasının əzablı taleyi haqda hər şeyi yazmışam.

Eyni zamanda oğullarımla tanış olmağım, onları necə övladlığa götürməyimi, atalarının harada olmasını açıqlamışam. Çox maraqlı bir kitab olacaq. Adını isə “Məcnunsuz Leyli” qoymuşam”.

Qeyd edək ki, R.Zərgərlinin ilk kitabı “Sibir çiçəyi” adlanırdı. Sənətçi sözügedən nəşrdə öz həyatından bəhs etmişdi.

Gununsesi.org