İki “Toyota” toqquşdu: 5 ölü, 2 yaralı – VİDEO

  • By admin
  • 25 Noyabr 2019 12:33

Rusiyanın Amur əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, insident Beloqorsk – Blaqoveşensk avtomagistralının 32-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumatlar görə, qəzada “Toyota Prado” və “Toyota Carina” avtomobilləri toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb. Nəticədə 5 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqada əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

 

 

Gununsesi.org