İki uşaq anasına qarşı əxlaqsızlıq anı kameraya düşdü - FOTO+VİDEO

  • By admin
  • 17 Yanvar 2018 13:20

Avstraliyada 24 yaşlı qadına qarşı edilən əxlaqsızlıq təhlükəsizlik kamerasına düşüb.

Gununsesi.info “Haberler”ə istinadla xəbər verir ki, 2 uşaq anası olan Jesse Ratu səhər idmanı etdikdən sonra evinə gedərkən yad kişinin onu təqib etdiyini hiss edib. Qulağında qulaqcıq olan qadın buna əhəmiyət verməyib.

Qadın liftin yanına çatanda qara dərili kişi bir neçə dəfə qadının arxasına toxunub. O, qadının arxasına toxunarkən gülümsəyib və “bunu etməliydim” deyib.

Həmin anlar binanın təhlükəsizlik kamerasına düşüb.

Qadın evə qalxdıqdan sonra sevgilisindən kömək istəyib. Sevgilisi aşağı düşəndə oğlan qaçıb.

Hazırda həmin şəxs axtarışdadır. Onunla bağlı polisə şikayət edilib.

Gununsesi.info