İki uşaq atası dəm qazından boğulub öldü

  • By admin
  • 22 Yanvar 2020 12:48

Masallı rayonunda 28 yaşlı oğlan dəm qazından zəhərlənib.

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə yanvarın 21-i günorta saatlarında rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yuyunmaq üçün yaşadığı evin həyətindəki hamam otağına gedib və yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

F.Bağışovun meyiti avtomatik su qızıdırıcısının yerləşdiyi soyunub-geyinmə otağından tapılıb. Onun iki övladı olub.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.org