İlham Əliyev Avstriya Respublikasının Federal Prezidentinə məktub göndərdi

  • By admin
  • 25 Oktyabr 2019 19:01

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə məktub ünvanlayıb. 

Gununsesi.org xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Avstriya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Gununsesi.org