İlham Əliyev həmkarı Burkina-Fasonun prezidentini təbrik etdi

  • By admin
  • 10 Dekabr 2018 19:21

Prezident İlham Əliyev Burkina-Fasonun prezidenti  Rok Mark Kristian Kaboreyə təbrik məktubu ünvanlayıb.

“Gununsesi.org” un məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.