İlham Əliyev Masallının icra başçısını çıxarıb Ağcabədiyə təyin etdi – SƏRƏNCAM

  • By admin
  • 20 Noyabr 2019 13:52
Ölkə başçısı İlham Əliyev Rafil İsrafil oğlu Hüseynovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Gununsesi.org xəbər verir ki, dövlət başçısı Rafil Hüseynovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.
İlham Əliyev başqa bir sərəncamla Şahin Kərim oğlu Məmmədovu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.