İlham Əliyevdən qəzetlərə pul yardımı

  • By admin
  • 22 İyul 2019 13:40

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, Sərəncam Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzalanıb.

 Sərəncama əsasən Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.
Gununsesi.org