İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

  • By admin
  • 10 İyun 2019 15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Dövlət başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.