İlham Əliyev sənədsiz evlərlə bağlı göstəriş verdi

  • By admin
  • 20 Oktyabr 2019 23:20

 

Uzun zamandan bəri müzakirə mövzusu olan sənədsiz evlərin dövlət reysterinə daxil edilməsi həllini tapacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib: “Yaxın zamanlarda Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.

“30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, – deyə Eldar Əzizov bildirib.

Gununsesi.org