Xətai rayonunda polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Bakı şəhər sakini Yalçın Nəzərov iyulun 8-də Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə müraciət edərək, həmin tarixdə parkda olan zaman 3 nəfər naməlum şəxsin ona yaxınlaşıb bıçaqla sol çiyninə xəsarət yetirdiklərini və 52 manat pulunu alaraq hadisə yerindən qaçdıqlarını bildirib.
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Y.Nəzərovun istintaqı yayındırmaq məqsədi ilə bilərəkdən polisə yalan məlumat verdiyi və ona qarşı heç bir qulduluq hadisəsinin törədilmədiyi müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, Y.Nəzərova hadisə günü şəxsi münasibətlər zəminində tanışı olan qadın tərəfindən bıçaq xəsarəti yetirilib. Daha sonra o, cinayəti gizlətmək məqsədi ilə hadisənin obyektiv araşdırılmasının qarşısını almaq məqsədi ilə polisləri yayındırmaq isdəyib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda polisə yalan məlumat verən şəxs tutuldu
- By admin
- 13 İyul 2018 12:59
DİGƏR XƏBƏRLƏR
-
26 Aprel 2024 13:40
Motosikletlə narkokuryerlik edirdi
-
26 Aprel 2024 13:37
“Kəpəz” hospitalında əməliyyat olunan yeniyetmə öldü
-
26 Aprel 2024 12:13
Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü
-
26 Aprel 2024 10:56
Bakıda evdə meyit tapıldı
-
26 Aprel 2024 10:16
Xocavənddə silah-sursat aşkarlanıb
-
26 Aprel 2024 10:08
Yolda sürət yarışı keçirənlərə 25 sutka həbs verildi
-
25 Aprel 2024 10:25
Bakıda müxtəlif təyinatlı bıçaqlar satanlar saxlanıldı
-
25 Aprel 2024 10:19
Xankəndidə silah və sursatlar aşkarlandı
-
25 Aprel 2024 09:41
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı
-
24 Aprel 2024 22:42
Gəncədə bıçaqlanma hadisəsi olub
-
24 Aprel 2024 16:44
Alimpaşa Məmmədov borcunun 185 minini də ödədi
-
24 Aprel 2024 14:18
Nəsib Quliyev faciəvi şəkildə vəfat etdi