İlham Əliyev Xətaiyə yeni icra başçısı təyin etdi – SƏRƏNCAM

  • By admin
  • 12 Noyabr 2019 14:21

Dövlət başçısı İlham Əliyev Xətai rayonuna icra başçısı təyin edib.

Gununsesi.org xəbər verir ki, sərəncama əsasən, Rafiq Çəpərxan oğlu Quliyev rayonun yeni icra başçısı olub.

Qeyd edək ki, Rafiq Quliyev rayonun keçmiş başçısı Razim Məmmədovun 1-ci müavini vəzifəsində çalışıb. Razim Məmmədov isə ötən ilin dekabr ayında  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.