İlham Əliyevin mənzil verdiyi jurnalist danışdı

  • By admin
  • 27 İyul 2019 10:46

Prezident İlham Əliyevə mənzil problemi ilə əlaqədar müraciət edən məcburi köçkün, “Bizim yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

Bu barədə Oxu.Az-a danışan R.İbrahimov müraciətinə müsbət cavab verildiyi üçün şad olduğunu bildirib:

“1993-cü ildə Füzuli rayonunun işğal edilməsi nəticəsində ailəmlə Bakıya gəlməli olduq. Uzun illər kirayədə yaşamışıq. Çox çətinlik çəkirdik. Keçən ilin avqust ayında mənzil problemi ilə əlaqədar Prezident İlham Əliyevə müraciət etmişdim. Ötən gün öyrəndim ki, “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənim üçün də mənzil ayrılıb”.

Jurnalist bu yaxınlarda ailə həyatı qurduğunu, həyat yoldaşının da məcburi köçkün olduğunu vurğulayıb:

“Bu mənzil bizim üçün çox böyük hədiyyə oldu. Müraciətimi nəzərə alıb diqqət göstərdiyi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Təbrik edən bütün həmkarlarıma təşəkkür edirəm”.