İlham Əliyevlə Serj Sərkisyan arasında görüş gözlənilir - nazir müavini

  • By admin
  • 18 Avqust 2016 14:07
11476
 
Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə növbəti görüşü istisna deyil.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə danışan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan yaxın günlərdə İlham Əliyev, Serj Sərkisyan və Vladimir Putin arasında növbəti görüşü istisna etməyib: “Danışıqlar prosesinin gedişində mütəmadi olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsinə cəhd edilib. Belə görüş gələcəkdə də ola bilər və biz  görüşlərdən qaçmırıq”.
Gununsesi.info