İlham Həsən oğlu ilə fotosunu paylaşdı: “Bu sevincli günümü…”

İlham Həsən oğlu ilə fotosunu paylaşdı: “Bu sevincli günümü…”

Adı Almaniyadakı səs -küylü mühacir həbslərində hallanan İlham Həsən xüsusi status paylaşıb. Müsavat Partiyasının Avropa oluşumuna – Avropa Koordinasiya Mərkəzinə (AKM) rəhbərlik edən Kəlbəcərin keçmiş icra başçısı vətəndaşı olduğu Almaniyada oğluna toy etməyə hazırlaşır və sosial mediadakı statusu da bu mövzudadır: “Sosial mediada qısa bir fasilədən sonra bu sevincli günümü , oğlum Toğrulun xına axşamını dostlarla bölüşmək istədim. Allah bütün valideyinlərə belə sevincli günlər nəsib etsin!”

İlham Həsənin adı son günlər Almaniya polisinin keçirtdiyi həbslərdə çəkilib. Ancaq sonradan onun həbs xəbəri öz təsdiqini tapmayıb.

Xatırladaq ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib. Nəticədə, 7 azərbaycanlı “saxta yollarla Almaniyaya mühacir gətirmək” ittihamı ilə həbs olunub. Onların Müsavat Partiyasının üzvləri olması ilə bağlı iddialar yazılır və səsləndirilir. Lakin Müsavatın Bakıdakı rəhbərliyi və AKM sədri İlham Həsən bu iddiaları rədd edirlər.

 

 

Gununsesi.org

COMMENTS