İlham Həsənlinin həbs edilməsi xəbəri təsdiqlənmədi

  • By admin
  • 14 Noyabr 2019 12:59

Son günlər ölkə mətbuatında Almaniyada yaşayan mühacirlərin həbs edilməsi xəbərləri yazılmaqdadır. Xəbərlərdə yer alan məlumata görə, Almaniyada həbs edilənlər arasında Kəlbəcər rayonunun keçmiş icra başçısı İlham Həsənlinin də adı keçir. Onlar “qanunsuz mühacir biznesində” ittiham edilirlər. Məsələ ilə bağlı İlham Həsənli Gununsesi.org-a açıqlama verib və onun həbsi ilə bağlı yazılanların yalan olduğunu bildirib.

Qeyd edək ki, mətbuatda yer alan xəbərlərdə saxlanılanlar arasında mühacir Abdullayev Elşən Adil oğlunun, mühacirətçi Rafael Piriyevin və “Legat” İnteqrasiya Mərkəzinin sədri, Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin adları çəkilirdi. Bu xəbərlərdə yazılardakı iddiaların bir çoxu hazırda öz təsdiqini tapmayıb.

Gununsesi.org