İlin ən populyar aktyor və aktrisaları - AÇIQLANDI

  • By admin
  • 07 Dekabr 2019 11:57

“IMDb” portalı 2019-cu ilin ən populyar aktyor və aktrisalarının siyahısını açıqlayıb.

Gununsesi.orgun məlumatına görə, ilin ən populyar aktrisası “Marvel”də Kapitan Marvel rolunu ifa edən Bri Larson olub. Reytinqin ikinci pilləsində Erin Moriarti qərarlaşıb. O, “Oğlanlar” serialında “Starlayt” super qəhrəmanı rolunda çəkilib. Onun ardınca “Taxt-tac oyunları”nın Deyneris Tarqariyeni Emiliya Klark gəlir.

Siyahıda, həmçinin, Naomi Skott, Dakre Montqomeri, Zakari Livay, Kianu Rivz, Roza Salazar və Marqo Robbi yer alıblar.

İlin ən populyar on aktyoru siyahısını “Coker” filmində eyniadlı obrazı canlandıran Hoakin Feniks tamamlayıb. “Coker” komiks əsasında çəkilmiş ən uğurlu layihə, eləcə də “R” reytinqli kassalı film olub.

Gununsesi.org