İllərdir uduzmayan ABŞ millisi məğlub oldu - FOTO

  • By admin
  • 24 Avqust 2019 14:10

ABŞ-ın basketbol yığması son 13 ildə ilk dəfə məğlub olub.

RBK xəbər verir ki, amerikalılar yoldaşlıq oyununda Avstraliya millisinə 98:94 hesabı ilə uduzublar.

Görüş avqustun 31-də Çində başlayacaq dünya çempionatına hazırlıq çərçivəsində keçirilib.

Embedded video

Embedded video

Avstraliyalılar ABŞ komandasının beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında 78 matçlıq məğlubiyyətsizlik seriyasını dayandırıblar. ABŞ millisi sonuncu dəfə 2006-cı il dünya çempionatında Yunanıstan komandasına 95:101 hesabı ilə uduzmuşdu.

Amerikalılar o vaxtdan etibarən iştirak etdikləri bütün turnirlərdə qalib gəliblər.

Gununsesi.org