İmamoğlu sabahdan yeni vəzifəsinin icrasına başlayır

  • By admin
  • 26 İyun 2019 15:39

Türkiyədə keçirilən İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkilərində qalib olan Əkrəm İmamoğlu sabahdan yeni vəzifəsinin icrasına başlayacaq.

Gununsesi.org NTV telekanalına istinadən xəbər verir ki, o, səlahiyyətləri sabah yerli vaxtla saat 18:30-da təhvil alacaq.

Qeyd edək ki, Əkrəm İmamaoğlu  54,21 faiz səs toplayaraq qalib olub.
Gununsesi.org