“İmkan verin, deputatlar fikirlərini bildirsinlər” – Parlamentdə MÜBAHİSƏ

  • By admin
  • 29 Noyabr 2019 13:20
Milli Məclisdə yeni Ombudsmanın seçilməsi zamanı deputat Elmira Axundova ilə parlament sədri Oqtay Əsədov arasında polemika yaranıb.

Gununsesi.org xəbər verir ki, çıxış edən Elmira Axundova Ombudsman Elmira Süleymanovanın fəaliyyətini təqdir edərək, yeni seçiləcək ombudsmanlara  uğurlar arzulayıb.

Nitqini bitirən Elmira Axundova mikrofon söndürülən zaman deyib ki, imkan verin deputatlar fikirlərini bildirsinlər.

Məsələyə reaksiya verən MM sədri Oqtay Əsədov deyib ki, iclası mən aparıram. “Siz özünüz danışıb, özünüz də iclası aparırsınız. İmkan verin iclası davam etdirək”, – MM sədri deyib.

Gununsesi.org