Türk futbolçuya 40 milyonluq təklif

  • By admin
  • 07 Yanvar 2020 16:10

“Roma”nın (İtaliya) və Türkiyə milli komandasının futbolçusu Cengiz Ünder İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Gununsesi.org Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi ilə “Tottenhem” və “Everton” klubları maraqlanır. Hər iki klub rəhbərliyi 22 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 2017-ci ildən “canavarlar”ın heyətində çıxış edən oyunçu ilə bir müddət əvvəl daha 4 illik – 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Xatırladaq ki, futbolçu İtaliya təmsilçisinin heyətində 76 oyun keçirib ki, bu matçlarda da 15 qol, 11 məhsuldar ötürməyə imza atıb. Yarımmüdafiəçi cari mövsüm 11 görüşdə meydana çıxıb və 1 qol vurub.

Gununsesi.org