İngiltərə 350 milyardı müzakirə edir – TƏHLÜKƏ

  • By admin
  • 24 İyun 2016 16:35
Marc Carni
İngiltərə bankının rəhbəri Mark Karni Britaniya banklarına zərurət halında 250 milyard funt-sterlinq (350 milyard dollar) veriləcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, Karni bunu xalqa televiziya ilə müraciət zamanı bəyan edib.
Mark Karninin sözlərinə görə, İngiltərə mərkəzi bankı hadisənin bu cür gedişinə (Böyük Britaniyanın Avropa Birliyinədn çıxması-red.) hazır olub və zəruri tədbirləri həyata keçirməkdə ləngiməyəcək.
Böyük Britaniya bankları bu cür situasiyalarda olduqca çevik və hazırlıqlıdır.
“Biz Brexitdən daha dəhşətli böhranlara hazırlamaq məqsədilə Britaniya banklarını stress testlərdən keçirmişik”, – deyə o bildirib.  (Musavat.com)