İngiltərənin tarixi adası satışa çıxarıldı

  • By admin
  • 16 Oktyabr 2018 10:14

İngiltərənin tarixi Dreyk adası 7,8 milyon dollara satışa çıxarılıb.

“Gununsesi” xəbər verir ki, 6 hektarlıq adada fransız və ispanların hücumundan qorunmaq üçün XVI əsrdən inşa edilən bir qala, tunel və gəmilərin yanaşması üçün liman var.

Keçmişdə həbsxana olaraq istifadə edilən adada, bir kilsə və bir idman təlim mərkəzi də var.

1989-cu ildən bəri kimsənin yaşamadığı adanı 1990-cı ildə iş adamı, “Pleymos Argayl” futbol klubunun sabiq rəhbəri Makuley satın alıb.

Qeyd edək ki, adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır.