İnsan alverində təqsirləndirilən şəxs axtarışa verildi

  • By admin
  • 13 Avqust 2019 17:24

Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın “İnterpol” xətti ilə axtarışa verilib.

 Gununsesi.org-un Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytına istinadən məlumatına görə, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

N.Kazımova İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

 Gununsesi.org