İnsan niyə özünü hamıdan üstün tutsun? - NURA TÜNZALƏYƏ CAVAB VERDİ

  • By admin
  • 16 Oktyabr 2018 14:42

Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri yaranan qalmaqal böyüməyə başlayıb.

Gununsesi.org xəbər verir ki, Nura Tünzalənin “ATV maqazin onlarla” proqramında küsülü olduğu həmkarları barədə “Barışmağa layiq olmaq lazımdır” – deməsinə münasibət bildirib. 

Nura “facebook” sosial şəbəkəsində paylaşılan xəbərə belə şərh yazıb: “Hamı pisdir, bir bu yaxşıdır. İnsan niyə özünü hamıdan üstün tutsun? Bu nə kompleksdir? Bu insanın adı qalmaqallarda çox hallandı. Barı utansaydı…Qalanları bir kənara, əri nələr dedi! Xalq artisti fəxri adına layiq görülənləri belə bəyənmir”.

Qeyd edək ki, gərginlik Nuranın efirdə Ağayevanı tənqid etməsindən sonra başlamışdı.  Nura əməkdar artistin özünü hamıdan üstün tutduğunu iddia etmişdi.

Qarşı tərəf isə tənqidə belə cavab vermişdi: “Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.