“İnsan sifətli” balıq şəbəkə istifadəçilərini qorxutdu – VİDEO

  • By admin
  • 11 Noyabr 2019 09:00

“İnsan sifəti” olan balıq sosial şəbəkə istifadəçilərini qorxudub. Ətürpədici videorolik “Twitter”də “@Unexplained” akkauntunda paylaşılıb.

“Bu sazanın insan sifəti var”, – deyə paylaşımın müəllifi qeyd edib.

Çarxda sazanın gölün sahilinə üzdüyü və dodaqları ilə qəribə hərəkətlər etdiyi görünür.

Əksər istifadəçilər videonu ətürpədici hesab edib və bəyənmədiklərini bildiriblər.

“@bchaffe10” nikli istifadəçi isə paylaşıma zarafatcıl şərh yazıb: “Bu, sazan bədənli insandır”.