İnsanları heyrətə salan olay: 9-cu mərtəbədən yıxılan gənc qız ayağa qalxıb yeridi - VİDEO

  • By admin
  • 25 Yanvar 2020 10:26

Uralda 27 yaşlı bir qızın 9-cu mərtəbədən yıxılması təsadüfən videoya alınıb.

Gununsesi.org Qaynar.info-ya istinadla xəbər verir ki, videoda bir sakinin çox yüksəklikdən necə yıxıldığı və bir qar yığınının üstünə düşdüyü görünür. Ancaq maraqlısı odur ki, o, bir neçə saniyədən sonra ayağa qalxır və çıxıb gedir.

“Qız sağ qalıb, ancaq orta dərəcəli xəsarət aldığına görə xəstəxanaya göndərildi”, – RİA Novosti bildirir.

Təcili Yardım xidmətindəki bir mənbə qızın qalın qış paltarı geyindiyi və qarın üstünə düşməsi sayəsində sağ qaldığını bildirib.

Megapolis TV kanalı 27 yaşlı qızın reanimasiyaya qəbul edildiyini dəqiqləşdirib. Həkimlər onun bədənində bir dənə də sınıq tapmayıb, ona ancaq daxili orqanların qançırları diaqnozu qoyulub.

 

 

Gununsesi.org