İnsanları ÖLÜMSÜZLƏŞDİRƏ BİLƏCƏK 5 ölümsüz canlı: YÜKSƏK DÜŞÜNCƏ İLƏ BEYİN ÜFÜQLƏRİNİZİ GENİŞLƏNDİRİN (VİDEO)

  • By admin
  • 27 Mart 2020 23:59

Ölümsüzlüyün sirlərini açmaq əsrlər boyunca daima insan oğlu üçün bir röya və xəyal olaraq qalıb. Ölümsüz olmaq mümkün olacqmı?, deyə bir çox araşdırmalar yürüdülüb, uzun səfərlərə çıxılıb, dərmanlar hazırlanıb. Dünyanın ən ağıllı başları “Ölümsüzlüyün sirləri”, “Ölümsüzlük mümkündürmü?” – deyə,  maraq ediblər. Hətta bir sıra şahlar “Ölümsüzlük iksiri” kimi dərmanlar da hazırlatmış və ya ölümsüzlüyün çarəsini tapmaq üçün öz elçilərini dünyanın 4 bir tərəfinə göndərərək “Ölümsüzlük bitkisi” arayışı içərisinə giriblər.

Youtube-də “Arzu Sayadoğlu Videoları” kanalının ölümsüzlüklə bağlı hazırladığı maraqlı video araşdırma ölümsüzlüyün sirləri ilə bağlı gəlinmiş olan əən son nöqtəni və dərin maraq kəsb edən bilgiləri özündə daşıyır. Videoda ölümsüz Olan 5 Canlıya diqqət çəkilir. Həmin canlılar alimləri çaş-baş qoyur: Planaryalar, Su Ayıları(Tardiqrad), Hidralar, Aksolotlar, Ölümsüz Dəniz Anası(Turritopsis Nutricula). Bilim adamları daimi həyatın və ölümsüzlüyün sirlərinin bu ölümsüz canlıların bədənlərində kodlandığını bildirirlər.

Gununsesi.org həmin videonu təqdim edir: