İnstaqram Natavanı da tanıdı- FOTO

İnstaqram Natavanı da tanıdı

“W-Trio” qrupunun keçmiş solisti, müğənni Natavan Nəbibi instaqram paylaşım platforması tərəfindən rəsmi tanınan məşhurlar karvanına qoşulub.

Gununsesi.org xəbər verir ki, sosial şəbəkə rəhbərliyi sənətçinin hesabını təsdiqləyib və bunu sübuta yetirən mavi işarə tətbiq edilib.

Həmçinin, ifaçını izləyənlərin sayı 1 milyonu keçib.

Qeyd edək ki, bu günə qədər Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva kimi məşhurlar instaqram tərəfindən təsdiqlənib.

COMMENTS