İnstitutda yanğın - 3 ALİM HƏYATINI İTİRDİ

  • By admin
  • 04 Fevral 2019 10:49

İranın paytaxtı Tehranda yerləşən Kosmos Araşdırmaları Mərkəzi Kosmik Nəqliyyat Sistemləri İnstitutunun binasında yanğın baş verib.

Gununsesi.org Publika-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 alim həlak olub.

İSNA agentliyinin xəbərinə görə, bu məlumatı Xəbərləşmə və bilgi texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi açıqlayıb. Yanğın binada təhlükəsizlik heyətinin inqilabın ildönümü səbəbilə təşkil edilən bayram şənliyinə qatıldığı əsnada çıxıb. Lakin hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, Xəbərləşmə və Bilgi Texnologiyaları Nazirliyinə bağlı şəkildə fəaliyyət göstərən Komsos Araşdırmaları Mərkəzinin işləri Vaşinqtonun reaksiyasına səbəb olmuşdu. Tehranın peyk fəaliyyətlərini nüvə proqramının bir parçası kimi dəyərləndirən ABŞ İranın peyk göndərmək daxil, bütün ballistik raket fəaliyyətlərini dayandırmaq çağırışı etmişdi.

İran 15 yanvarda Peyam adlı yerli istehsal peykini kosmosa göndərmiş, lakin peykin orbitə yerləşdirilməsi mərhələsi uğursuz alınmışdı.