İnterpol Rusiyada saxta yolla qrant almaqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi

  • By admin
  • 10 Yanvar 2018 22:14


Rusiyada dələduzluqda təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib.

Trend-in məlumatına görə, 1960-cı il təvəllüdlü Lüftiyar Qulu oğlu Nəsibov barəsində Rusiya hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

L.Nəsibov Rusiyada saxta yolla qrant almaqda təqsirləndirilib. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib. İnterpol isə L.Nəsibov barədə beynəlxalq axtarış elan edib.

Gununsesi.info