İntihar edən kişi 2 yaşlı uşağın üstünə düşdü - HƏR İKİSİ ÖLDÜ

  • By admin
  • 02 Yanvar 2018 21:38

Ukraynada 39 yaşlı bir şəxs intihar etmək üçün binanın 8-ci mərtəbəsindən özünü aşağı atarkən küçədə atası ilə gəzən 2 yaşlı uşağın üstünə düşüb.

Gununsesi.info xəbər verir ki, tibb işçiləri hadisə yerinə dərhal müdaxilə etsələr də hər ikisi faciəvi şəkildə həyatını itirib.

Uşağın anası əri və oğlunun yanından 5 dəqiqəliyinə ayrıldığını və ailəsinin yeni ilini təbrik etməyə getdiyini söyləyib.

Gununsesi.info