İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib

  • By admin
  • 05 Dekabr 2019 18:56

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının iclası keçirilib.

Gununsesi.org İpoteka və Kredit Zəmanət Fonduna istinadən məlumat verir ki, iclasda Fondun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub. Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.

Qeyd edək ki, Fondun Nizamnaməsinə uyğun olaraq Himayəçilik Şurasının Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.

Gununsesi.org