İqtisadçı millət vəkili dollar qıtlığına aydınlıq gətirdi

  • By admin
  • 22 Avqust 2016 17:44
eli-mesimli
“Mərkəzi  Bank  və  Dövlət Neft Fondunun da manatın məzənnəsinin tənzimlənməsinə yönəlik fəaliyyətinin güclənsə də, onun da öz limiti var və bu limit hazırkı real tələbatı tam ödəyə bilmir. Dövlət Neft Fondunun keçirdiyi son valyuta hərracları göstərir ki, Fondun təklif etdiyi 50 milyon dollara qarşı bankların dollara tələbatı bundan 10- 12 dəfə çox olur. Belə bir şəraitdə də bazarda dollar qıtlığı yaranıb”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı millət vəkili Əli Məsimli deyib.
Onun szlərinə görə, son günlər Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici valyuta satışını məhdudlaşdırması ilə bağlı məlumat yayılır. “Buna çox amil təsir gösrtərə bilər, amma onların çoxu ikinci, üçüncü, dördüncü dərəcəli amillərdir…əsas səbəb valyuta bazarında dollara tələbin təklifi qat-qat üstələməsi ilə bağlıdır.Məlumdur ki, Azərbaycana dollar əsasən neft-qaz satışından gəlir. Son illər dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı güşməsi neft gəlirlərimizi xeyli azaldıb. Azərbaycana ümumi valyuta daxilolmaları və çıxarlarının müqayisəsinə imkan verən tədiyyə balansında 2015-ci ilin ilk devalvasiyasından əvvəl 10 milyard dollardan artıq müsbət saldo var idisə, 2015-ci ilin 4-cü rübündən etibarən mənfi saldo ilə üzləşmişik və həmin mənfi meyllər bu il artan xətlə davam edir.Xarici ticarət dövriyyəsində də mənfi saldo yaranıb. Əgər 2 il bundan öncə,yəni 2014-cü ilin avqustunda Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollardan artıq idisə, indi 4 dəfəya yaxın azalıb təqribən 4 milyard dollara enib. Mərkəzi Bankın hərraclara yetərincə dollar çıxarmaq imkanı çox daralıb”- deyə, millət vəkili vurğualyıb.
O əlavə edib ki, ona görə də Mərkəzi Bankla yanaşı, son vaxtlar Dövlət Neft Fondunun da manatın məzənnəsinin tənzimlənməsinə yönəlik fəaliyyətinin güclənsə də, onun da öz limiti var və bu limit hazırkı real tələbatı tam ödəyə bilmir: “Dövlət Neft Fondunun keçirdiyi son valyuta hərracları göstərir ki, Fondun təklif etdiyi 50 milyon dollara qarşı bankların dollara tələbatı bundan 10- 12 dəfə çox olur. Belə bir şəraitdə də bazarda dollar qıtlığı yaranıb. Məlum limit çərçıvəsində Dövlət Neft Fondu satışa son hərraclardakından xeyli artıq dollar çıxara bilər. Doğrudur, həmin artan dollar kütləsi yenə də hazırkı tələbatdan xeyli aşağı olacaq və dollar artan tələbatı tam örtmək üçün yetərli olmasa da, hər halda gərginliyi bir qədər səngidə, azalda bilər”- deyə, Əli Məsimli vurğulayıb.
Mürtəza
Gununsesi.info