Tehrandan Ağ Evə ultimatum: “Şəhidlərin qatillərindən sərt qisas alınacaq”

  • By admin
  • 03 Yanvar 2020 09:52

İranın ali dini lideri Ayətullah Əli Xamenei İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. Gununsesi.org-un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

“Onun (Süleymani-red.) kimi digər şəhidlərin qatillərindən sərt qisas alınacaq” – Xameneinin açıqlamasında deyilir.

Bundan başqa, İranın ali dini lideri generalın öldürülməsi səbəbindən ölkədə üç günlük matəm elan edib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

Gununsesi.org